Yenicə ana olan Türkiyənin tanınmış müğənnisi Gülşən həyat yoldaşı Ozan Çolakoğlu ilə İstanbuldakı ticarət mərkəzlərinin birində görüntülənib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük həmin məkanda alış-veriş etdikdən sonra şam yeməyinə ediblər. İfaçı sevgililər günü barədə də düşüncələrini bölüşüb: "14 Fevral bizim üçün xüsusi bir gün deyil. Bir-birimizi hər gün sevən insanlarıq. Ona görə də bizim üçün hər gün sevgililər günüdür".