Xərçəngdən sağalan aktrisa
20 yanvar 2017 07:12 (UTC +04:00)

Xərçəngdən sağalan aktrisa

"Yeşilçam" dövrünün aktrisası Bahar Öztan alış-veriş mərkəzlərindən birində görüntülənib.

 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 55 yaşlı aktrisa xərçəng xəstəliyindən sağaldıqdan sonra yeni görkəmi ilə hər kəsi heyrətləndirib.

 

Kameralara tuş gəldiyini görən Bahar gileylənib. O, bu gün çoxlu serial və kinoların çəkildiyini, lakin ona təklif gəlmədiyini bildirib.

 

Qeyd edək ki, öztan 2015-ci ildə qarın nahiyəsindəki şişə görə xəstəxanaya düşüb. Yumurtalığında xərçəng xəstəliyi olduğunu öyrənən aktrisa dərhal əməliyyat olunub.

 

Doqquz gün reanimasiyada qalan B.Öztan xəstəliyindən tamamilə sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar