<b>Xərçəngdən əziyyət çəkən tanınmış vəkildən cəsur addım –</b><span style="color:red;">FOTOSESSİYA
25 iyul 2018 13:11 (UTC +04:00)

Xərçəngdən əziyyət çəkən tanınmış vəkildən cəsur addım –FOTOSESSİYA

Modelyer Şəlalə Maqsudova xərçəngdən əziyyət çəkən tanınmış vəkil Zülfiyyə Bayramova ilə birgə yeni layihə həyata keçirib.

 

Lent.az-ın məlumatına görə, modelyer bildirib ki, hazırda ciddi müalicə mərhələsində olan Zülfiyyə xanım bu layihədə cəsurcasına iştirak edib: “İnsanlıq bir parça olsa,  yorulmadan, dayanmadan çalışaraq ondan hər kəsə bir libas tikərdim. Çox sevirəm cəsarətli insanları. Hər zaman cəsarətli olmağa çalışdım. Qırılan qəlblərə məlhəm, axan göz yaşlarına "dur" demək istədim. Yardıma ehtiyacı olanların yanında, harınlamışların kəsdiyi çörəkdən uzaq olmaq istədim. Bir xətam olduğu zaman üzüm qızarmadan öncə üzr istəməyə çalışdım. Bu dəfə də cəsarət gördüm. Xəstəliyin məğlub edə bilmədiyi, gözəlliyin heç tərk edə bilmədiyi birini - Zülfiyyəni. Onun simasında xəstəliklərlə mübarizə aparan insanlar gözlərimdə toplandı bir anlıq. Zülfiyyənin məğrurluğu yaradıcılığımı elə silkələdi ki. "Tək deyilsən! Mən varam!" söyləmək istədim. Tək deyilsiniz! Mən varam və mənim kimi milyonlarla sizi hər halınızla qəbul edib sevənlər! Varlığınızla var olanlar! Kompleksləri unudun! Mübarizəyə bütün gücünüzlə tutunun. İtirilən nə varsa, həyat eşqi ona dəyər! Yazımı oxuyan hər kəsə burdan səslənirəm: Xəstəliklər o insanların sınağıdırsa, bizim də sınağımız bu insanlardır. Gəlin bu sınaqdan üzüağ çıxaq. Axı sabahımız bəlli deyil. Sevək insanları, dəstək olaq, insan olaq! Sətirlərə sığmayan sözlərini əl işləri ilə deyən sizin Şəlalə Maqsudova”.

 

Layihədə modelyer stilist - vizajist Nura Babayeva, fotoqraf Araz Bağırov iştirak edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809
avatar

Oxşar yazılar