Xeyli vaxtdır efirlərdən uzaq düşən müğənni Üzeyir Mehdizadə aşıq Namiq Fərhadoğlu ilə bir araya gəlib. Lent.az-ın məlumatına görə, müğənni aşıqla "Bağlanmağım var" adlı mahnını ifa edib.
Sazın xüsusi çaları, ahəngi ilə ərsəyə gələn mahnıya cəmi iki gün ərzində "Youtube" kanalında xeyli sayda baxılıb. Ü.Mehdizadə bildirib ki, bu, onun yaradıcılığında ilkdir: "Bu günə qədər bir çox mahnılar ifa etmişəm. Mahnılarımın hamısı da sevilib. İndiyədək mahnılarımda saz aləti istifadə etməmişdim. Bu, ilkdir".
Qeyd edək ki, "Bağlanmağım var" mahnısının söz, musiqisi Ü. Mehtizadəyə, saz ifası isə Namiq Fərhadoğluna məxsusdur.