Xəbər verildiyi kimi, Türkiyə "Eurovision 2018"də iştirak etməyə qərar verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ilk öncə ölkəni "Manga" qrupunun təmsil edəcəyi söylənilsə də, sonra qrup heç bir təklif almadığını qeyd edib.
Hazırda isə müsabiqədə iştirak edəcək şəxslərin adları dəqiqləşdirilir. Onlar arasında Aleyna Tilki və Fatma Turgutun olduğu vurğulanır.
Qeyd edək ki, Türkiyə 2012-ci ildən sonra "Eurovision"da iştirakdan imtina etmişdi.