Tanınmış müğənni Samiraldonu təhqir etdi
22 iyun 2015 10:14 (UTC +04:00)

Tanınmış müğənni Samiraldonu təhqir etdi

Şou-biznesdə daha bir qalmaqalın təməli qoyulub. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, vaxtaşırı müğənnilərin səhnə geyimlərini tənqid edən Samiraldo əməkdar artist Almaz Ələsgərovanın qəzəbinə tuş gəlib.

 

Tanınmış müğənni sosial şəbəkədə qalmaqallı stilist Samiraldo barədə sərt fikirlər yazıb.

 

Əməkdar artist, "Bu Esmiraldodu, Samiraldodu, nədir bilmirəm, zəhləm gedir bundan. Hamını tənqid eləyir, getsin öz gününə baxsın. Heç yazıq - zadda deyil, yazıq ilan vursun onu. Səviyyəsiz!" - yazaraq stilisti təhqir edib.

 

Samiraldonun cavabı özünü çox gözlətməyib. Stilis Almaz xanıma elə onun sözügedən şərhinin altında belə cavab verib: "Siz çox mədəni xanımsız, həm də çox zövqsüz xanımsız".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar