Türkiyəli aktrisa İrem Sakın ailəsində ağır itki baş verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisanın nənəsi dünyasını dəyişib.
Pis xəbəri sosial şəbəkədə yazan İrem "Son dəfə əllərindən öpdüm. Qoxusu hələ də burnumdadır. Onu ziyarətə gələndə son sözü "İrem yenə gəl" olurdu. Sən artıq yuxuma gələrsən nənəm" deyə, bildirib.