Rejissora vəzifə verildi
01 fevral 2017 04:30 (UTC +04:00)

Rejissora vəzifə verildi

İspaniyalı rejissor Pedro Almodovar bu il keçiriləcək Kann kino festivalında jürinin prezidenti təyin edilib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə festivalın rəsmi saytında xəbər verilib. Sayca 70-ci Kann kino festivalının təşkilatçıları bəyan ediblər ki, Almodovarın işləri kino tarixində əfsanəyə çevrilib.

 

Rejissorun indiyənədək 5 filmi müsabiqədə iştirak edib. Onlar arasında "Anam haqqında hər şey" və "Cülyetta" filmləri uğur qazanıb.

 

Festival 17-28 may tarixləri arasında keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309

Oxşar yazılar