Ramil Qasımov: “Atillanın uğuru məni çox sevindirdi”
07 aprel 2016 17:52 (UTC +04:00)

Ramil Qasımov: “Atillanın uğuru məni çox sevindirdi”

 

 

“Müasir Azərbaycan gəncliyi güclü, ağıllı və çox istedadlıdır. Tələbəm Atillanın uğuru məni çox sevindirdi, bir anlıq kövrələrək öz uşaqlığımı xatırladım”.

 

Bu sözləri “O Səs Türkiyə” müsabiqəsinin uşaqlar üçün versiyası “O ses çocuklar” yarışmasında Türkiyəni istedadı ilə heyran edən 8 yaşlı azərbaycanlı Atilla Məmmədovun müəllimi əməkdar artist Ramil Qasımov deyib. O bildirib ki, hər zaman tələbəsinə vaxtı ilə ustadının ona öyrətdiyi sənət sirlərini, həmçinin vətənə, xalqa onun rəhbərinə sədaqətlə xidmət etməyi, Azərbaycan musiqisini ləyaqət və şərəflə dünyada təbliğ etməyi, əsl professional sənətlə məşğul olmağı tövsiyə edirəm. Onun gələcəyinə inanıram. 8 yaşı yenicə tamam olmuş uşaqda Azərbaycana hədsiz sevgi ifasında belə hiss olunurdu. İnanıram və ümid edirəm ki Atilla gələcək də böyük iz qoymuş sənətkarlardan bəhrələnərək, peşəkar Azərbaycan musiqi sənətinin layiqli davamçılarından olacaq və musiqimizi dünyada layiqincə təmsil edəcək.

 

Qeyd edək ki, müsabiqə səhnəsində Atilla Məmmədov dünya şöhrətli meksikalı ifaçı Aqustin Laranın “Qranada” mahnısını ifa edib.

 

Həmyerlimizin ifası münsifləri heyran qoyub. Daha sonra səhnəyə çıxan Burak Kut Atilla ilə “O sole mio” ariyasını səsləndirib. Zalda əyləşən tamaşaçılar Atilla ilə Burakı ayaq üstə alqışlayıb. Sonda isə balaca ifaçı əfsanəvi Müslüm Maqomayevin “Azərbaycan” mahnısından bir bəndini ifa edib. A.Məmmədov Burak Kutun komandasına qatılıb. 



1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar