Rafet El Roman adının özündən 22 yaş kiçik aktrisa Tuvana Türkayla hallanması məsələsinə münasibət bildirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Tuvana ilə eşq yaşamaları barədə yayılan xəbərlərin yalan olduğunu bildirib.
“Türkayla aramızda dostluq münasibətindən başqa heç nə yoxdur. Yazırlar ki, guya Tuvana ilə deyil, Hülya ilə duet oxuduğum üçün o da hirslənib. Amma hamısı yalandır. Türkayın çəkilişlərə görə bu aralar vaxtı olmadığından onunla dueti bir müddət sonra oxuyacağıq”.