Poroşenko  Camalanı təbrik etdi
15 may 2016 07:23 (UTC +04:00)

Poroşenko Camalanı təbrik etdi

Ukrayna prezidenti Pyotr Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik edib.

 

APA-nın xəbərinə görə, Poroşenko  öz “Twitter” səhifəsində  Camalanı qələbəyə görə təbrik edib.

 

“Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.  

 

Qeyd edək ki, Ukrayna 534 , Avstraliya 511, Rusiya 491 xalla “Eurovision 2016” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar