Müğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın "Elnarəylə Natavan mənə "çuşka" deyirdilər" sözlərinə münasibət bildirib.
Lent.az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı "5/5" verilişində aparıcı Zaur Kamalın "O vaxtlar kimə çuşka deyirdiniz" sualına belə cavab verib:
"Elə indi də ona elə deyirik. Əslində məntiqi başa düşmədim. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Hamımız bir-birimizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. İndi bir-birimizi görmürük, hərənin öz işi, öz ətrafı var".
Qeyd edək ki, R.Ayxan müğənni Elnarə Xəlilova və Natavan Həbibi ilə bağlı bunları deyib:
“W-trio” vaxtı qızlar mənə lağ edirdilər. İngilis dilini bilmirdim. Deyirdilər “çuşka”san, pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Çünki həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay…(gülür). İngilis dilini bilməklə deyil ki… Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Sevgilim də var idi… Kişi məni çox danladı. Məni satmalarına pis oldum. Guya mən siqaret çəkməklə onlara ləkə gətirə bilərəm".

Natavan: “Röyaya indi də “çuşka” deyirik”
Oxşar yazılar

Özcan Dəniz səhnədə partladı: "Ən yaxın adamım məni yıxdı"
4 avqust 2025 , 19:08
Hadisə hönkür-hönkür ağladı – VİDEO
4 avqust 2025 , 14:19
Eşq tətilindən qayıtdı: Hande Erçel uzun müddət sonra ilk dəfə bikinidə
4 avqust 2025 , 13:34
Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48