[b]Məşhur rejissor vəfat etdi[/b]
27 aprel 2017 03:21 (UTC +04:00)

[b]Məşhur rejissor vəfat etdi[/b]

Məşhur amerikalı rejissor Conatan Demme vəfat edib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 74 yaşlı rejissor Nyu-Yorkdakı evində dünyasını dəyişib.

 

Yaxınlarının sözlərinə əsasən, o, qida borusu xərçəngi və ürək-damar sistemi xəstəliyinin ağırlaşması nəticəsində vəfat edib.

 

Qeyd edək ki, ilk filmi “Merlin və Qovard”ı 1980-ci ildə çəkən Demme  daha çox “Quzuların səssizliyi” filmi ilə tanınıb. O, adıçəkilən ekran işinə görə 1992-ci ildə “Oskar” mükafatı alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336

Oxşar yazılar