Məşhur müğənni Çelik Taksim metrosunda saatlarla əhali qarşısında tək gitarası ilə konsert verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı "Meyhaneci", "Dilberim", "Hercai", "Ateşteyim" və digər mahnılarını sevənləri ilə birgə səsləndirib.
Çelik metroda konsert verməyini belə əsaslandırıb:
"Zaman-zaman xalqın arasına qarışıb onlarla qucaqlaşmaq lazımdır. İnsan haradan hara gəldiyini unutmamalıdır".