Məşhur aktyor vəfat etdi
28 yanvar 2017 07:29 (UTC +04:00)

Məşhur aktyor vəfat etdi

Dünya şöhrətli britaniyalı aktyor Con Hört 77 yaşında vəfat edib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 2015-ci ildə aktyora  mədəaltı vəzin xərçəngi diaqnozu qoyulmuşdu.

 

Bir müddət sonra Con Hört xəstəliyə qalib gəldiyi açıqlaması ilə pərəstişkarlarını sevindirmişdi.

 

“Qızıl qlobus” və BAFTA mükafatlarının laureatı olan C.Hört iki dəfə “Oskar” mükafatının nominantı olub. “İndiana Cons”, “1984”, “Özgə”, “V” deməli Vendetta” kimi populyar filmlərdə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar