Madonna Ağ evi partlatmağı düşünür
23 yanvar 2017 07:23 (UTC +04:00)

Madonna Ağ evi partlatmağı düşünür

ABŞ prezidenti Donald Trampa qarşı məşhur amerikalı müğənnilər və aktrisalar etiraz yürüşü keçiriblər.

 

Axşam.az-ın "Spletnik"ə istinadən məlumatına görə, yürüşdə aktrisalardan Skarlett Yohansson, Culiyanna Mur, Frensis Makdormand, Amerika Ferrera, Emi Şumer, müğənnilərdən Madonna, Şer və Keti Perri, model Krissi Teyqen iştirak ediblər.

 

Yalnız xanımların qatıldığı “Qadınların marşı” aksiyasında Pop-kraliça Madonna Trampı tənqid edərək, söyüş söyüb. O, nitqi zamanı Ağ evi partlatmağı düşündüyünü deyib.

 

Amerika mətbuatına məxfi xidmət orqanlarından verilən məlumata əsasən, müğənninin bəyanatlarından xəbərdardırlar və fakt üzrə araşdırma elan ediləcək. Lakin qəti qərarı federal prokurorluq verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar