Ötən gün xalq artisti İlhamə Quliyevanın 70 illik yubileyi münasibətilə keçirilən ad günündə həmkarı Faiq Ağayevin dəvətlilər arasında olmaması diqqətdən yayınmayıb.
Axşam.az saytına açıqlama verən Faiq Ağayev bildirib ki, ölkə kənarında olduğundan mərasimdə iştirak edə bilməyib:
“Bakıda yox idim. Şəhərə bu gün səhər gəlmişəm. Zəng vurub İlhamə xanımı təbrik etdim. Hətta həftənin ikinci günü efir vasitəsilə də ona gözəl sözlərimi, arzularımı çatdırmışam. Ad gününə qatıla bilməməyimin tək səbəbi bu olub”.