Rusiyanın əməkdar artisti Kristina Orbakayte xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın anspress-ə istinadən məlumatına görə, məşhur müğənni həyat yoldaşı ilə bərabər Avstraliyaya uçub. İfaçı uçuş zamanı özünü pis hiss edib. Orbakaytenin hava limanında vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirirlib.
Kristinanın sözlərinə görə, akklimatizasiya baş verib və onun üçün də vəziyyəti ağırlaşıb. İfaçı sosial şəbəkədə xəstəxanadan şəkil də paylaşıb.
Kristina Orbakayte Rusiyanın primadonnası Alla Puqaçovanın qızıdır. Kristina Orbakayte 1986-cı ildən 1997-ci ilə kimi müğənni Vladimir Presnekov ilə yaşayıb. Onların bu münasibətdən Nikita adlı oğlu var.
K.Orbakayte müğənnidən ayrıldıqdan sonra biznesmen Ruslan Baysarov ilə görüşməyə başlayıb. Müğənninin Ruslandan 1 oğlu var.