Dünya şöhrətli müğənni QİÇS xəstəsi imiş
29 aprel 2016 08:35 (UTC +04:00)

Dünya şöhrətli müğənni QİÇS xəstəsi imiş

0

Dünya şöhrətli müğənni Prinsin ölümü ilə bağlı gözlənilməz iddia ortaya atılıb.

 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, evinin liftində ölü tapılan sənətçinin QİÇS xəstəsi olduğu deyilir. Ölümündən 6 ay əvvəl səhhəti getdikcə pisləşən Prinsin həkim müayinəsindənsə, dualarla sağalacağına inamı üzündən gözləməyə üstünlük verdiyi də iddialar arasındadır. Prins HİV virusuna 1990-cı illərdə yoluxub və dünyasını dəyişərkən 36 kiloqram çəkidə olub.

 

Xatırladaq ki, müğənninin qohumları onun ölümündən sonra qrip şikayəti ilə xəstəxanaya aparıldığını bildirmişdilər. Həkimlər isə QİÇS-in immun sisteminə güclü zərbə vurması nəticəsində xəstəliyin qrip şəklində ortaya çıxa biləcəyini söyləyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 515

Oxşar yazılar