Cennifer Lopes azərbaycanlı iş xanımının mağazasında
27 mart 2016 02:55 (UTC +04:00)

Cennifer Lopes azərbaycanlı iş xanımının mağazasında

Dünyaca məşhur ulduz Cennifer Lopes rusiyalı maqnat Mixail Qutseriyevin ikinci oğlu Səidin toy mərasiminə qatılmaq üçün Moskvaya gedib.

 



Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, müğənni alış-veriş edərkən fotoqrafların obyektivinə tuş gəlib. Ceylo azərbaycanlı iş xanımı Aysel Trudelin "Aizel" butikinə yollanıb. Müğənni yeni libaslar alaraq, qarderobunda dəyişiklik edib. 

 



Mağaza 2 saata yaxın Lopes üçün bağlanılıb. Aysel şəxsən özü ifaçı üçün libaslar seçib. 

 



Qeyd edək ki, bu Lopesin "Aizel" butikindən ilk alış-verişi deyil. Bundan əvvəl də Ceylo Moskvaya gələrkən mağazaya yollanmış, libaslar almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270
avatar

Oxşar yazılar