Çağla Şikel yenidən "xaç qalmaqlı"nda
12 mart 2016 01:10 (UTC +04:00)

Çağla Şikel yenidən "xaç qalmaqlı"nda

Model-aparıcı Çağla Şikel yenidən taxdığı aksesuar üzündən qınaq obyektinə çevrilib.

 

Lent.az-ın gecce.com-a istinadən xəbərinə görə, daha əvvəl oğlanları Kuzey və Güneyin adlarının yazıldığı xaçşəkilli boyunbağısı üzündən qınanan model bu dəfə də eyni vəziyyətlə üzləşib. Belə ki, sosial şəbəkədə boynunda qılıncşəkilli aksesuarla çəkdirdiyi şəklini paylaşan Çağlaya sərt reaksiyalar gecikməyib. Onu bu dəfə də xaçşəkilli boyunbağı taxmaqda günahlandırıblar.

 

Çağla fotosuna “Baş mələk Mikayıl, qoruyucu qılınc boyunbağım” sözlərini yazaraq aksesuarının xaç olmadığını bildirməyə çalışsa da, istifadəçilər tənqidlərini yazmaqda davam ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar