Səmra Rəhimlinin “Eurovision” səhnəsində ifa edəcəyi “Miracle” mahnısı artıq təqdim edilib.
Lent.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Stokholm səhnəsində himni xatırladacaq orta templi ballada artıq müsabiqənin rəsmi “Youtube” kanalına yüklənib.
Xatırladaq ki, “Eurovision” nümayəndə heyətimiz bu il də ənənəsinə sadiq qalaraq Sandra Bjurman və Amir Aly-nin daxil olduğu isveçli və ukraynalı nümayəndə heyəti ilə əməkdaşlıq ediblər.
Qeyd edək ki, İsveçdə keçiriləcək 61-ci “Eurovision” mahnı müsabiqəsində ölkəmiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.