Bu ay Rəqsanənin qızının nişanıdır
08 iyun 2016 12:00 (UTC +04:00)

Bu ay Rəqsanənin qızının nişanıdır

Müğənni Rəqsanə ismayılova qızı Aysuna nişan edəcək. 

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, mərasimbu ayın 28-də baş tutacağını deyib:

“Hə” verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik”.

R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib: 

“Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacam. Xına mərasimi də edəcəm”.

Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:

“Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayır. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar