Brilliant Dadaşovanın bacısı bu kişini bəyənmədi
05 fevral 2016 12:18 (UTC +04:00)

Brilliant Dadaşovanın bacısı bu kişini bəyənmədi

Xalq artisti Brilliant Dadaşovanın aktrisa bacısı Sədaqət “Zuhal Topalla izdivaç” verilişindəki iştirakına davam edir. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, Sədaqət ötən gün ona namizəd olan Adnan adlı iştirakçı ilə bağlı qərarını bildirib. 


“Danışdıq, amma alınmadı” deyən S. Dadaşova Adnanın ona gətirdiyi hədiyyəni də geri qaytarıb. 

Adnan münasibətlərinin alınmamasının səbəbini açıqlayıb: “Sədaqət dəyərli anadır. Övladlarına görə Azərbaycanda yaşamalıdır. Mən isə Almaniyada yaşayıb, çalışıram. Buna görə də münasibətimiz alınmadı”.

Qeyd edək ki, S.Dadaşova ilk dəfə Oqtay adlı iştirakçıya namizəd olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar