ABŞ-da müflisləşmiş sahibkarın bəxti gətirib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, Massaçusets ştatında yanacaq doldurma məntəqəsindən 20 dollarlıq Ani uçuş lotereyası alıb və 50 min dollar udub.
Qaydalara əsasən, Mövlud günü şərəfinə biletin bəxtəvər sahibi 20 il ərzində şər il 50 min dollar alacaq.
30 yaşlı Cerem Lakeet adlı müflisləşmiş sahibkar deyib ki, əvvəlcə borclarını qaytaracaq.
Ölkədəki mövcud qaydalara əsasən, uduşlu biletin satıldığı yanacaq doldurma məntəqəsinin yiyəsi də 10 min dollar mükafat alacaq.