
Bakıda toydan çıxan tanınmış müğənniləri soydular
Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.
Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.
Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.
Daha bir nəfər isə ölkədən qaçıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26