Bakıda konsert verən müğənni üçəm atası olub
01 fevral 2017 23:13 (UTC +04:00)

Bakıda konsert verən müğənni üçəm atası olub

Dünya şöhrətli müğənni Farel Uilyams və xanımı Xelen Lasicanın üçəmləri olub.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlüyün övladları ötən ay dünyaya gəlsələr də, onlar haqda məlumatlar bu gün mediaya sızıb.

 

Uşaqların cinsiyyəti və adları açıqlanmasa da, vəziyyətlərinin yaxşı olduğu bildirilir.

 

Farel və Xelen 2013-cü ildə ailə həyatı qurublar. Onların Roket adlı bir oğulları var.

 

Qeyd edək ki, sənətçi ötən ilin iyununda Bakıda keçirilən Formula 1” oyunları ilə əlaqədar təşkil olunmuş konsert proqramında çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar