Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan Səmra Rəhimlidən xəbər var. Lent.az-ın məlumatına görə, təmsilçimiz yarışmada ifa edəcəyi “Miracle” adlı mahnının iki remiksi işıq üzü görüb. Onlardan biri Tomas Neverqrin digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.
Xatırladaq ki, Tomas Neverqrin 2010-cı ildə “Eurovision” mahnı müsabiqəsində Danimarkanı təmsil edib
Tomas Səmra ilə əməkdaşlığı barədə öz fikirlərini bölüşüb: “Bu il mən “Miracle” mahnısının remiksini hazırlamaq fürsətini əldə etdim. Bu gözəl mahnı gənc azərbaycanlı ifaçı Səmra tərəfindən oxunur. Stokholmda keçiriləcək Eurovision Mahnı Müsabiqəsində ona uğurlar arzu edirem.”