Aygün Kazımova İlhamə Quliyevaya halallıq verdi
26 fevral 2016 12:24 (UTC +04:00)

Aygün Kazımova İlhamə Quliyevaya halallıq verdi

 

Xalq artisti Aygün Kazımova son vaxtlarda gərginlik yaşadığı həmkarı İlhamə Quliyevanın ölüm xəbərinə şəxsi “İnstagram” hesabında münasibət bildirib.

Lent.az-ın məlumatına görə, A. Kazımova özünün “İnstagram” hesabında xalq artistinin ölümünün ona çox pis təsir etdiyini yazıb:

“İlhamə Quliyevanı həmişəlik itirdik. O, bu gün torpağa tapşırılır və haqqın dərgahına qovuşur. Bütün yaşananlara baxmayaraq, onun ölüm xəbəri mənə çox pis təsir etdi. Vaxt var idi bir-birimizi çox istəyirdik, hörmət edirdik, sevgi ilə yanaşırdıq. Son yaşananlar kaş ki, olmayaydı. Haqsızlığa dözümüm yoxdur. Şəhid bacısının fəryadına dözə bilmədim. İlhamə Quliyeva bu gün torpağa tapşırılmadan öncə ona halallıq verirəm və inanıram ki, onun eks köməkçisi Mehriban Hüseynova da onu bağışlayar, halallığını verər, haqq-ədalət bərpa olar, Mehriban da azadlığa çıxar. Allah rəhmət etsin, bütün günahlarını bağışlasın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar