ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycana ilk səfəri təşkil olunmuş “The Exchange” pop qrupu Bakıda konsert proqramı ilə çıxış edib.
APA-nın məlumatına görə, ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri müşavirə proqramları üzrə mütəxəssisi Emi Pitersen pop qrupunun yaradıcılığı barədə danışaraq bildirib ki, qrup ilk debüt səsyazmalarını 2014-cü ildə buraxıb, Avropa turunda olub, həmçinin NBC kanalında Sing-off musiqi yarışmasında finala çıxıb.
Azərbaycanda “The Exchange” qrupu ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramının bir hissəsi olaraq ictimai konsertlər verəcək, yerli musiqiçilərə ustad məşğələləri keçəcəklər.
Qrup üzvləri Azərbaycan haqqında təəssüratlarını bölüşüb, müxtəlif regionlarda təşkil olunan konsertləri barədə danışıblar.
Qeyd edək ki, ABŞ-ın “The Exchange” pop qrupunun Azərbaycana səfərində məqsəd Bakıda, Naxçıvanda, Biləsuvarda və digər yerlərdə ictimai konsertlər vermək və yerli musiqiçilər üçün müzakirələr təşkil etməkdir.