Müğənni 20 kiloqram arıqladı
22 may 2016 04:33 (UTC +04:00)

Müğənni 20 kiloqram arıqladı

Yeni albom hazırlayan müğənni Kuşum Aydın günü-gündən arıqlayır.



Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı 3 ay ərzində 20 kiloqram çəki atıb. 



Dietoloq məsləhəti ilə pəhriz saxlayan Aydın, həm də ciddi idmanla məşğul olur. 



Mədə kiçiltmə əməliyyatına qarşı olan müğənni bunu edənləri də qınayıb:

"Bu cür əməliyyat etdirənlərin bədən formaları pis hala qalır. Ona görə də heç birini çimərlik geyimində görmürük. 20 kiloqram arıqlayıram, hələ də davam edəcəm. Yeni albomum hazır olandan sonra hər kəs yeni bir Aydın görəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar