Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı uzun müddətdir davam edən prosesin yekunlaşması üçün həyat yoldaşından istədiyi 600 min lirəlik (təxminən 300 min manat) təzminatdan da imtina edib. İkbal 3 illik ərinə qarşı hər hansı bir maddi tələb irəli sürmədiyindən qarşı tərəf də razılığa gələrək 10 min lirəlik (təxminən 5 min mana) təzminatı istəməyib.
Xatırladaq ki, İ.Gürpınar özündən 12 yaş kiçik E.Ermiş tərəfindən qısqanıldığı üçün döyüldüyünü iddia etmişdi. Emre isə aparıcının ruhi sağlamlığının yerində olmadığını, psixoloji təsirə məruz qaldığını və hətta İkbalın ona qayçı ilə hücum etdiyini bildirmişdi.