Xalq artisti Röya Ayxan “Nərgiz” jurnalına maraqlı açıqlama verib.
Lent.az xəbər verir ki, müğənni illər əvvəllər imkansızlıq üzündən katibə işlədiyini bildirib.
Xalq artisti “İlk işiniz nə olub?” sualına avab olaraq, məktəbdə katibə işlədiyini söyləyib.
“İlk dəfə məktəbdə katibə işləmişəm. Çünki vəziyyətimiz yaxşı deyildi. Anam müəllim idi, direktordan xahiş etdi ki, işləyim. Mən çap makinasında yaxşı yaza bilirdim. Xəstələnən uşaqlara arayış verirdim”,- deyə Röya Ayxan bildirib.