Tanınmış müğənni Tarkan haqqında qalmaqal yaradacaq məlumatlar yayılıb.
Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İzmirdə Gündoğdu Meydanında konsert verməyə hazırlaşan pop ulduzun səhnə alacağı yer üçün ağaclar kəsilib.
Məlumatlara görə, bu, Cümhuriyyət Xalq Partiyası tərəfindən törədilib. Vətəndaşlar hadisəni anbaan kameraya çəkiblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülər izləyicilərin qızğın müzakirəsinə və sərt tənqidlərinə səbəb olub.
Qeyd edək ki, daha öncə Tarkan İzmirin düşmən işğalından azad olunmasının 100-cü ildönümü münasibətilə Cümhuriyyət Meydanı yaxınlığındakı Kordonboyu adlı yerdə konsert verəcək idi. Lakin səhnə çöküb və Gündoğdu Meydanında qurulmasına qərar verilib.