Tanınmış rusiyalı şoumen Türkiyədə konsert verəcəyi təqdirdə Rusiyaya deportasiya oluna bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakov məlumat verib.
Xudyakovun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin Ekstremizmlə Mübarizə Mərkəzi Maksim Qalkinin çıxışlarını yoxlayıb və müəyyən edib ki, şoumen “orduya münasibətdə” yalan ifadələr verib.
Buna görə də, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3.1-ci maddəsinə əsasən, onun hərəkətlərində cinayət əlamətləri var. Lakin, Qalkinə qarşı cinayət işi ilə bağlı heç bir rəsmi məlumat təsdiqlənməyib.
Qeyd edək ki,o, iyulun 28-i Antalyada səhnəyə çıxacaq.
Xatırladaq ki, şoumen Maksim Qalkin Rusiyanın Xalq artisti Alla Puqaçova ilə evlidir.