"Space" TV-də QALMAQAL:  Aparıcı görün nələr dedi?
06 iyul 2023 13:31 (UTC +04:00)

"Space" TV-də QALMAQAL: Aparıcı görün nələr dedi?

Aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovindən şikayətçidir.

Lent.az xəbər verir ki, aparıcı bu barədə "facebook" səhifəsində paylaşım edib.

Buna səbəb onun bir müddət əvvəl işbirliyinə son qoyduğu kanaldan əmək kitabçasını ala bilməməsi olub. Zamirə bildirib ki, şirkətdə özbaşınalıqlar var:

"Space" MMC-nin hazırkı direktoru Vado Korovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"in baş redaktoru, deyilənə görə, Korovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür, əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Aprelin 1-də müəllifi olduğum “Açıq söhbət” verilişinin saat 21:00 efirinə salınmasına baxmayaraq, heç bir səbəb olmadan efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Korovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər.

Səbəbini anlamıram. Deyirəm, siz mənə Vado Korovinin imzası ilə xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşünasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha doğrudur. Əlimizdə sübut da var ki, "feyskontrol"dan keçməyib. Kadrlar şöbəsinin müdiri deyir "mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar". 

Dərəbəylikdir “Space”də yəqin ki. Bəs mənim əlimdə olan sənəd Vado Korovin üçün sübut deyil? Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilər hallandırır. Fətiyevlər də - üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".

Z.Dadaşova V.Korovinin kanalda qohumlarına iş verdiyini əlavə edib:

"Space" sizə etibar edilməyib ki, ətrafınıza qohumlarınızı, dostlarınızı yığıb özbaşınalıq edib, işçiləri incidəsiniz. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayırsınız. Əməkhaqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsuz. Məndə səs yazıları, yazışmalar var, lazım olsa, lazımi orqanlara onları da təqdim edərəm. Hələ ki sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Bilmirsiniz? bu ölkənin qanunları var? Bilmirsiniz, sizin mənə əmək kitabçasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu mənim əməkhaqqı almamağına gətirib çıxarır? Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4911
avatar

Arzu Qurbanlı

Oxşar yazılar