Türkiyəli müğənni Sıla da İranda öldürülən və dünyada qadına qarşı zorakılığın simvolu sayılan Məhsa Əminiyə dəstək nümayiş etdirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı “Rise Up Sleepers” mahnısına çəkdirdiyi klipini İranda öldürülən Məhsa Əminiyə həsr edib.
Sıla mahnıda azadlıq uğrunda mübarizə aparan qadınlara müraciət edib. Məşhur müğənni "Azadlıq üsyan deyil, şəraitə görə bilinir, yox. Azadlıq heç kimə aid deyil, şəxsidir. Qərardır, bir qərardır" dediyi mətni paylaşıb.
Sıla klipində Əmininin ölümünü simvolizə edən saçdan ibarət bayrağı da yerləşdirərək, "Sənin möhkəm əllərini dərmanla saxlamağa and içdim" sözləri ilə İranda və bütün dünyada qadınların mübarizəsinin yanında olacağını vurğulayıb.