“Barselona”nın sabiq futbolçusu Xerard Pike ilə uzun müddət münasibətdə olan kolumbiyalı müğənni Şakira futbolçunun xəyanətindən danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, müğənni futbolçunun ona xəyanət etməsini mətbuatdan öyrəndiyini etiraf edib:
“Mətbuatdan öyrəndim ki, məni aldadıblar və o an atam reanimasiyada idi. Atamı həyatımda hər şeydən çox sevirdim və ona çox ehtiyacım olduğu anda o, getdi. Onunla danışa bilmədim, mənə lazım olan məsləhəti ala bilmədim.
Atam 91 yaşında altı ayda koronavirus, iki qəza, pnevmoniya və beş əməliyyat keçirdi. O, dözümlülüyün ən parlaq nümunəsidir, anam gecə-gündüz onunla vaxt keçirdi. Hər ikisi mənim üçün gerçəkləşməyən bir xəyalın əksidir. Amma ümid edirəm ki, onlar mənim övladlarım üçün sevgi, münasibətlərdə səbir, mütləq sədaqət və şənlik nümunəsi olacaqlar”.