Xalq artisti Röya Ayxan özü barədə maraqlı açıqalama verib. Müğənni uşaqlıqdan ətrafındakı hər kəsin onu çirkin hesab etməsindən söz açıb.
Lent.az-ın xəbərinə görə, qatıldığı teleproqramlardan birinə danışan müğənni bildirib ki, küçədə onu makiyajsız görmüş bir kişi heyrətlə baxaraq, “eybəcər” adlandırıb.
"Avtomobildən düşüb, gözəllik salonuna gedirdim. Həmin an bir yaşlı kişi mənə söylədi ki, çox eybəcərsən. Kişi sonra əlavə etdi ki, nəvəmə oxşayırsan. Onlar da sənin kimi eybəcərdirlər, amma şirindirlər. İnsan çirkin ola bilər, əsas odu bəxti gözəl olsun. Mən də özümü gözəl hesab eləmirəm", - o bildirib