Məşhur rusiyalı super model İrina Şeyk Ukraynada müharibənin dayandırmasını tələb edib.
Lent.az xəbər verir ki, o bu barədə öz "İnstagram" səhifəsində paylaşım edib.
Şeyk paylaşımda bildirib ki, müharibəyə "yox" deyilməlidir:
“Mən UNİCEF-ə və Ukrayna Qırmızı Xaç Cəmiyyətinə vəsait köçürürəm. Hamını da ianə köçürməyə çağırıram. Kim nə bacarırsa, kömək etsin. Dua edin ki, bu torpaqda sülh bərqərar olsun”- qeyd edib.
Qeyd edək ki, İrina Şeyk məşhur futbolçu Ronaldonun keçmiş sevgilsidir.