Türkiyəli aktyorlar Qonca Vuslateri və Ebru Akel ötən gün Bodrumda görüntülənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, birlikdə istirahət edən yaxın dostlar hovuz kənarında günəş vannası qəbul edərək bayramın dadını çıxarıblar.
Selfie çəkməyi də yaddan çıxarmayan Vuslateri və Akel daha sonra şezlonqda oturaraq nərd oynayıblar. Jurnalistlərin onları lentə aldığını görən məşhur aktyorlar kameralar qarşısında gülümsəyərək “Çox istidir, ona görə də dondurmadan mərcə girmişik. Amma bu masada həmişə dostluq qalib gəlir” deyərək zarafatla müxbirlərə sataşıblar.
Digər tərəfdən Ebru Akel və Qonca Vuslateri fit formaları ilə diqqət çəkib.
\