Pərviz Bülbülə  mollalıq   etməsindən DANIŞDI
01 aprel 2024 15:04 (UTC +04:00)

Pərviz Bülbülə mollalıq etməsindən DANIŞDI

Meyxanaçı Pərviz Bülbülə ilk qazancını ölənlərin ruhuna dua oxuyaraq qazanmasından danışıb.

Lent.az-ın xəbərinə görə, o qatıldığı teleproqramların birində 16 yaşında  mədrəsə bitirdiyini deyib.

“Bülbülə kəndində mədrəsə bitirmişəm. “Quran” müsabiqəsində qalib olmuşdum. 17 yaşım vardı, nənəm söylədi ki, sən “Qurani-Kərimi” öyrənmisən, get dünyasını dəyişən qohum-əqraba üçün “Quran” oxu. Getdim, oturdum və oxudum.

Bundan sonra bir ailənin başçısı mənə yaxınlaşdı ki, bizim dünyadan köçənlərimiz üçün də “Quran” oxuya bilərsən? Razılaşdım. Həmin şəxs cibimə iki ədəd 50 minlik (o vaxtkı pulla) qoydu. O pula evimizə xalça alıb divardan asdım. Hələ də durur”, - Pərviz bildirib. 


 

# 3105
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar