Niyam Salaminin restoranında  "od tutan" qiymətlər   - 100 manat xidmət haqqı?
12 iyul 2023 12:23 (UTC +04:00)

Niyam Salaminin restoranında "od tutan" qiymətlər - 100 manat xidmət haqqı?

Müştərilər Niyam Salaminin Novxanıda yerləşən "My Beach" istirahət mərkəzində alınan yüksək hesablardan şikayət edirlər.

Lent.az-ın xəbərinə görə, artıq bir neçə dəfə sosial şəbəkələrdə onun rəhbərlik etdiyi restoranda gələn hesabların çox yüksək olduğu bildirilib.

"My Beach" istirahət mərkəzində alınan yüksək hesabların fotoları yayılaraq müzakirə edilib.

Müştəri 430 manat hesab ödədikdən sonra ondan 107, 50 manat xidmət haqqı tələb olunduğunu qeyd edib.

Bundan bir neçə gün öncə də Niyam Salaminin işlətdiyi restoranla bağlı bənzər şikayət yayılıb.  Müştərinin sifarişi 191 manat məbləğində olub. Bu məbləğin üzərinə 47,75 manat xidmət haqqı əlavə edilib. Müştəri gələn hesabdan təəccüblənib. 

Lent.az-ın verdiyi sorğuya cavab olaraq "My Beach"in administratoru bu xidmət haqqına şou-proqramın da daxil edildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4224
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar