Türkiyəli pop ifaçısı Gülşən ilə bağlı davam edən məhkəmə prosesində qərar verilib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni barəsində 10 ay həbs cəzası təyin edilib.
Mühakimə olunan Gülşən Çolakoğlu prosesdə iştirak etməyib. Onu vəkilləri təmsil edib.
Qeyd edək ki, müğənni keçən il konsertində “İmam Hatip” liseyi şagirdləri haqqında söylədiyi ifadələrə görə saxlanılmışdı.