Əməkdar artist ilk sevgisindən DANIŞDI
08 avqust 2020 18:17 (UTC +04:00)

Əməkdar artist ilk sevgisindən DANIŞDI

Əməkdar artist Firuzə İbadova "Həyat, sevgi və göz yaşları" proqramında qonaq olub.

Lent.az xəbər verir ki, müğənni ilk sevgisindən bəhs edib. O, atasının onları qoyub getməsindən söz açıb:

"Anamın həyatını yaşadım. Atam uşaq olanda bizi atdı getdi. Başqa ailəsi var idi. Hərdən məni aparırdı yanına. Köhnə günlərimi vərəqləməməyə çalışıram. Həyatım dərin bir romandır. Xanım kimi hər zaman tək olmuşam. Hətta həyat quranda da tək oldum. Qurulan həyat düzəlmədi.

İlk məhəbbətimin qurbanı oldum. Bir qadın obrazıyam, həyatda yuvarlana-yuvarlana, durub-oturaraq getmişəm. Hərdən deyirəm oturum, yoruldum dincəlim. Amma baxmışam ki, oturacağımı aparıblar. Çox güclüyəm yıxılan kimi qalxıram. Onu sevirdim. Sevgi bircə dəfə olur. Həmin sevgini öz ürəyimdə dəfn etdim. Onun məzarı qəlbimdədir. Məndən sonra evləndi.

Atası qızımı qoyub getmədi, qərarı mən verdim. Onda Hülyanın 9 yaşı var idi. Digər ailəsindən iki uşağı var. Hülya ilə ünsiyyətləri yoxdur. İstəyərdim olsun, mərhəmətli adamam. Nə bilim, bəlkə belə daha yaxşıdır. Ondan sonra heç sevmədim. Qulaqlarım başqa etirafları eşitmədi. O, sevgi ölənə qədər qəlbimdə qalacam. Ayrılanda 36 yaşım var idi. Nə qədər elçi çıxanlar oldu, istəmədim. Hətta dövlət qrumunda çalışan adam var idi, yoldaşı rəhmətə getmişdi. Qızım var idi, ailə qurmazdım. Qızın olanda ikinci dəfə ailə qurmaq çətindir. Ailəmi düz qurmadım. İkimiz də bir-birimizi bədbəxt etdik: fikir ayrılığı, fərqlilik. Ürəyimi dağlayan, xəstə bir sevgi məni ailə qurmağa məcbur etdi.

Amma yaxşı ki, ailə qurdum, qızım var. O, mənim həm qızım, həm də oğlumdur. Sevgilimdir, yeganə məhəbbətimdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9004
avatar

Oxşar yazılar