Bu gün estetik əməliyyatlar vasitəsilə dəyişməyən az sayda məşhur var. Onların bəziləri dəfələrlə gözəllik naminə bıçaq altına yatıb.
Lent.az dəfələrlə əməliyyat etdirən ulduzlar barədə məlumat verir.
Siyahının başında 77 yaşına rəğmən gənc qızlardan daha gözəl görünən Ajda Pekkan gəlir. 14 dəfə əməliyyat etdirən müğənni 3 dəfə burun, 6 dəfə dodaq, 4 dəfə üzgərdirmə, diz və qarıngərdirmə əməliyyatları keçirib.
Müğənni və model Deniz Akkaya 17 dəfə əməliyyat keçirib. O, özünü model Lev Teylora bənzətmək üçün 3 dəfə burun əməliyyatı etdirib, çənəsini yondurub, iki dəfə sinəsini böyüdüb, ombalarını qaldırıb, yağ çəkdirib.
Petek Dinçöz 4 dəfə üzündə əməliyyat etdirərək tamamilə dəyişib.
Hande Ataizi 11 dəfə əməliyyat etdirməsinə baxmayaraq, çox az dəyişib.
Seda Sayan həm adını, həm görünüşünü dəyişərək, illərə meydan oxuyub. Bunun üçün düz 9 dəfə bıçaq altına yatıb.
Gülben Ergen 3 dəfə əməliyyat etdirməli olub.
Ebru Gündeş də 3 dəfə üzünə müdaxilə etdirib.
Ebru Yaşar üzünün dərisini qazıtdırıb, sonra başqa prosedurlara da ehtiyac duyduğuna görə, 5 dəfə əməliyyata girib.