Məşhur reper Kanye Uest yeni albomu “Donda”nı xüsusi pleyerdə satmağa başlayıb.
Lent.az xəbər verir ki, bu barədə ifaçının rəsmi saytında məlumat yer alıb.
Pleyerin qiyməti 200 dollardır.
Qurğuda Uestin yeni kompozisiyalarını dinləməklə yanaşı istənilən mahnının səsini də dəyişmək mümkündür. Məsələn, cihazda vokal, zərb, bas və d. idarə etmək, mahnıların ayrı-ayrı hissələrini təcrid etmək və musiqi effektləri əlavə etmək mümkündür.
Bundan başqa, dinləyicilər pleyerə öz audiobibliotekalarını da yükləyə biləcəklər.
“Donda” albomunun pleyerlərinin bu yay çatdırılması gözlənilir.