Amerikalı müğənni və aktrisa Ledi Qaqa göz yaşlarına boğulub.
Lent.az xəbər verir ki, Mayamidəki konsertini ləğv etdiyinə görə İnstaqramda pərəstişkarlarından üzr istəyən müğənni göz yaşlarına boğulub.
“Biz həqiqətən konserti bitirməyi planlaşdırırdıq. Amma bacarmadıq, çünki yağış dayananda yanımızda ildırım çaxdı”,- deyə sənətçi bildirib.
Qaqa "Rain On Me" mahnısını yağışda ifa etməməsindən təəssüfləndiyini bildirib.
O, şouda əməyi keçən hər kəsə təşəkkür edib, təhlükəsizliyin hər şeydən önəmli olduğunu qeyd edərək göz yaşını saxlaya bilməyib.
Qaqanın konserti Mayamidəki “Hard Rock Stadium”da keçirilib.
Bu, onun “Chromatica Ball” beynəlxalq turunun sonuncusu idi.
Tur ərzində müğənni Almaniya, İsveç, Fransa, Niderland, Böyük Britaniya və Yaponiyada olub.