Dünyaca məşhur modelyer Tommy Hilfiger evini milyonlarla dollar endirimlə satacaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, Floridadakı evini 35,9 milyon dollara satışa çıxarıb.
Modelyer ilk dəfə 2022-ci ilin sentyabrında evini 39,7 milyon dollara satışa çıxarmaq istəyib. Lakin villaya alıcı tapılmayıb.
Qeyd edək ki, modelyer villanı 2021-ci ilin iyununda 21 milyon dollara alıb. Yaşayış sahəsi təxminən 464,5 kvadratmetrdir, üç yataq otağı, iki qonaq otağı, yemək otağı və mətbəx var. Villanın həyəti, yay mətbəxi və hovuzu var.