Türkiyənin məşhur aktrisası Neslihan Atagüllə həyat yoldaşı, aktyor Kadir Doğulu 9 ildən sonra yenidən eyni layihədə yer alacaqlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük "Star" telekanalında yayımlanacaq "Gecenin ucunda" serialında tərəf müqabili olacaq.
Qeyd edək ki, Neslihanla Kadir "Fatih Harbiye" serialında birgə rol aldıqdan sonra ailə həyatı qurub.